26 aprel 2013 19:26
“Berti Foqtsun imtinasının səbəbi bizə müəmmalıdı”
“Bakı” klubu futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun İspaniyanın “Atletico” klubu ilə yoldaşlıq oyunu barədə fikirlərinə münasibət bildirib. Qeyd edək ki, almaniyalı mütəxəssis elita klublarının yığma üzvlərini bu görüşə buraxmasını isti qarşılamadığını bildirib.
Paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Nəriman Mehdiyev isə saytımıza açıqlamasında bunları dilə gətirib:
“Bakı” həmişə öz futbolçularını əsas və gənclərdən ibarət yığmalarımıza göndərib. Hətta elə vaxtlar olub ki, 7-8 oyunçumuzu yığma komandalarımıza buraxmışıq. Toplanışların müddətindən asılı olmayaraq, “Bakı” həmişə futbolçularının milliyə getməsinə şərait yaradıb. Bu üzdən də “Bakı”ya bircə dəfə yığma üzvlərinin köməyi lazım olanda Foqtsun bundan imtina etməsinin səbəbi bizə müəmmalıdı. Yığmanın baş məşqçisinin bu açıqlamasının səbəbini heç cür başa düşə bilmirik”.