26 aprel 2013 19:32
Rəvan Turanı, Sumqayıt Kəpəzi məğlub etdi
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 28-ci tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
“Rəvan” “Turan”ı məğlub yola salıb. “Kəpəz” isə ev oyununda “Sumqayıt”a uduzub.
Əvəzedicilərin çempionatı
28-ci tur
26 aprel
Rəvan – Turan – 2:1
Qollar: Ceyhun Abdullayev, 53, Yamin Ağakərimzadə, 78 - Fərmayıl Əliyev, 47.
Kəpəz – Sumqayıt – 0:2
Qollar: Ruslan Nəsirli, 50, Bəxtiyar Həsənalızadə, 90+4.
