27 aprel 2013 00:01
Azərbaycan klubundan yüzfaizlik nəticə!
UEFA Regionlar Kuboku turnirindəki təmsilçimiz “Qaraçala” qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan klubu son oyununda Serbiyanın “Belqrad” komandası ilə qarşılaşıb.
İtaliyada keçiriləcək final mərhələsinə vəsiqə qazanmaq üçün təmsilçimizə hətta heç-heçə də kifayət edirdi. Məğlub olacağı halda isə “Qaraçala” final mərhələsindən kənarda da qala bilərdi. Amma Azərbaycan klubu son oyununda da qələbə qazanıb – 2:1. Nəticədə, “Qaraçala” növbəti mərhələyə yüz faizli nəticə ilə yollanıb.
Xatırladaq ki, “Qaraçala” ilk oyunda Litvanın “Lietava” klubu ilə qarşılaşmış və 3:0 hesablı qələbə qazanmışdı. İkinci oyunda isə komandamız Makedoniyanın “South East FYROM” komandasına 2:0 hesabıyla qalib gəlmişdi.
Qeyd edək ki, “Qaraçala”nın mübarizə apardığı 4-cü qrupun oyunları Litvada təşkil olunmuşdu.
QARAÇALA – BELQRAD - 2:1 (1:1)
Qollar: Donevski, 15 (0:1), Dadaşov, 28 (1:1), Quliyev, 90 (2:1)
Matçın 61-ci dəqiqəsində rəqib komandanın heyətində Stoyanoviç penaltidən yararlana bilməyib
Qrupdakı son durum:
Qaraçala - 9 xal (7-1)
Qaraçala - 9 xal (7-1)
Belqrad - 6 (9-2)
South East - 3 (3-5)
Lietava - 0 (0-11)
