27 aprel 2013 18:57
Turan Rəvana, Sumqayıt Kəpəzə məğlub oldu (YENİLƏNİB)
Bu gün Topaz Premyer Liqasında 28-ci turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
Son pillədə qərarlaşan “Kəpəz” “Sumqayıt”la qarşılaşıb. Görüş meydan sahiblərinin minimal hesablı, eyni zamanda heç nəyə yaramayan qələbəsi ilə başa çatıb. Çempionatın digər autsayderi “Turan” isə “Rəvan”ın qonağı olub. Bu görüşdə də paytaxt təmsilçisi qələbəyə sevinən tərəf olub.
Topaz Premyer Liqası
28-ci tur
27 aprel
KƏPƏZ – SUMQAYIT - 1:0 (0:0)
Qol: P.Paşayev, 70 (1:1)
Bakı. “Dalğa Arena”.
Oyun başladı
P.F.Azad elə birinci dəqiqədə hesabı açmağa çox yaxın olsa da, qapıçı buna imkan vermir
E.Kərəmli kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
"Sumqayıt" oyuna nəzarəti öz əlində saxlamağa çalışır
Komandaların statusuna baxmayaraq, meydanda kifayət qədər sürətli və maraqlı mübarizə gedir
"Sumqayıt" oyuna nəzarəti davam etdirsə də, qol vura bilmir
P.F.Azad zədələnir və A.Muxtaroğlu ilə əvəzlənir
R.Qurbanov qapıçı ilə üz-üzə qalsa da, qapıçı yenə yaxşı oynayır
M.Ağayevin 25 metrdən zərbəsi dirəkdən dönür
Qonaqlar tam gücüylə hücuma atılsa da, hesabı açmağa müyəssər ola bilmir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Sumqayıt" fasilədən sonra da üstün oyun sərgiləməyə davam edir
Qurbanov əla qol şansını boşa verir
Meydan sahibləri demək olar ki, heç nə ilə yadda qalmır
Meydana sonradan çıxan X.Mustafayevin zərbəsini qapıçı çətinliklə də olsa, dəf edir
Abbaszadə Qurbanovun qol vurmasına imkan vermir
P.Paşayev gözlənilməz qolla hesabı açır - 1:0
"Sumqayıt" hesabı bərabərləşdirmək üçün bütün gücü ilə irəli atılıb
Qonaqların oyunu bu gün qəti alınmır
Matç başa çatdı
KƏPƏZ: 22. Tural Abbaszadə, 2. Cəmşid Məhərrəmov, 4. Məhərrəm Müslümzadə, 8. Elvin Həsənəliyev, 9. Alan Soltanov, 11. Fərid Quliyev, 15. Şahin Kərimov (k), 20. Emin Əliyev, 25. Elgiz Kərəmli, 29. Georgi Sepiaşvili, 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 1. Ramil Kərimov, 5. Mətləb Məmmədov, 7. Pərvin Paşayev, 10. Zaur Əsədov, 14. Elxan Əzizov, 23. Ravil Müslümov, 27. Vüqar İbrahimov.
SUMQAYIT: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad Azad, 11. Sabir Allahquliyev, 13. Murad Ağayev, 21. Məhəmməd Mirzəbəyov, 77. Mirzəağa Hüseynpur, 86. Can Akgün, 91. Ruslan Qurbanov, 95. Murad Doymuş.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 3. Aftandil Hacıyev, 8. Aqşin Muxtaroğlu, 17. Emin Cəfərquliyev, 22. Xəyal Mustafayev.
RƏVAN – TURAN - 1:0 (1:0)
Qol: Ayaz Mehdiyev, 6 (1:0)
Bakı. “Bayıl Arena”.
Oyun başladı
Matçı Namiq Bəkirov idarə edir. Bu, onun idarə etdiyi ilk Premyer Liqa görüşüdü
Oyuna daha yaxşı başlayan "Turan" iki ardıcıl kornerdən yararlana bilmir
S.Ballo rəqib qapıçı ilə üz-üzə qalsa da, Sapelanı keçə bilmir
6. Mehdiyev erkən qolla meydan sahiblərini hesabda önə keçirir - 1:0
Oyun meydan sahiblərinin üstünlüyü şəraitində keçir
"Turan"ın futbolçuları hələ ki, daha çox kobud oyunuyla seçilir
Ballonun cərimə zərbəsini qapıçı zərərsizləşdirir
Kalonas əlverişli mövqedən qapıya dəqiq zərbə endirə bilmir
Pospelov kobud oyuna görə sarı vərəqə alır
Abbasov da əlverişli mövqedən qapıya yol tapa bilmir
Ballo hesabı bərabərləşdirmək şansını əldən verir
Abbasov hakimlə mübahisə etdiyi üçün sarı vərəqə alır
"Turan" hissənin sonlarında üstünlüyü ələ alıb
Birinci hissə başa çatdı
İkinci hissə başladı
B.Nəsirovla O.İsmayılov meydanı tərk edir. Onları V.Bəybalayevlə Ə.Abbasov əvəzləyir
"Turan" fasilədən sonra daha da fəallaşıb
Stukalovun başla vuruşunda top qapıdan azca yan keçir
Tovuzlular daha çox hücum edirlər, amma qol epizodlarını dəyərləndirə bilmirlər
Tovuzlular daha çox hücum edirlər, amma qol epizodlarını dəyərləndirə bilmirlər
Ballonun təhlükəli zərbəsi dəqiq alınmır
R.Abbasovu T.Mikayılov əvəzləyir
Matç başa çatdı
RƏVAN: 1. Lukaş Sapela, 5. Nikolay Orlovski, 8. Tural Axundov (k), 10. Mindauqas Kalonas, 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov, 18. Samuel Barlay, 19. Hüseyn Axundov, 20. Milas Adamoviç, 25. Ayaz Mehdiyev.
Ehtiyat oyunçular: 12. Sadiq Ramazanov, 4. Nodar Məmmədov, 9. Vüsal Qarayev, 11. Əli Əliyev, 15. Tural Cəlilov, 22. Tofiq Mikayılov, 28. Emin Mustafayev.
TURAN: 1. Kamal Bayramov (k), 2. Dmitri Pospelov, 3. Anatoli Stukalov, 6. Mikayıl Rəhimov, 8. Budaq Nəsirov, 11. Salif Ballo, 13. Nikoloz Maysuradze, 20. David Janalidze, 24. Orxan İsmayılov, 25. Antonio Rukavina, 26. Aleksandr Krutskeviç.
Ehtiyat oyunçular: 28. Andrey Popoviç, 4. Vüqar Bəybalayev, 5. Vasif Rzayev, 9. Murad Ağakişiyev, 16. Əbülfət Abbasov, 21. Elşad Manafov, 23. İrakli Beraya.
Turun digər oyunları sabah keçiriləcək: Bakı – Simurq, Qəbələ – Qarabağ, Neftçi – İnter, AZAL – Xəzər Lənkəran.
| 1 | Neftçi | 27 | 17 | 3 | 7 | 53 | 28 | +25 | 54 |
| 2 | Qarabağ | 27 | 14 | 9 | 4 | 37 | 23 | +14 | 51 |
| 3 | İnter | 27 | 14 | 8 | 5 | 35 | 18 | +17 | 50 |
| 4 | Simurq | 27 | 10 | 10 | 7 | 27 | 23 | +4 | 40 |
| 5 | Bakı | 27 | 7 | 14 | 6 | 28 | 20 | +8 | 35 |
| 6 | Qəbələ | 27 | 9 | 7 | 11 | 30 | 34 | –4 | 34 |
| 1 | AZAL | 27 | 11 | 9 | 7 | 43 | 29 | +14 | 42 |
| 2 | Rəvan | 28 | 11 | 4 | 13 | 39 | 41 | –2 | 37 |
| 3 | XL | 27 | 8 | 10 | 9 | 37 | 32 | +5 | 34 |
| 4 | Sumqayıt | 28 | 7 | 8 | 13 | 25 | 45 | –20 | 29 |
| 5 | Turan | 28 | 7 | 6 | 15 | 29 | 50 | –21 | 27 |
| 6 | Kəpəz | 28 | 3 | 4 | 21 | 15 | 55 | –40 | 13 |
Bombardirlər:
22 - Nikolas Kanales (Neftçi)
16 - Franko Nildo (AZAL)
13 - Xuan Manuel Varea (Rəvan)
12 - Riçard Almeyda (Qarabağ)
10 - Salif Ballo (Turan)
9 - Pərdis Fərcad Azad (Sumqayıt)
8 - Yuri Fomenko (İnter)
7 - Zohair Benouahi (AZAL), Baçana Sxadadze (İnter).
