26 aprel 2013 11:30
Berqamp və De Bur Qəbələnin oyununu izlədi
Xəbər verdiyimiz kimi, Hollandiyada təlim-məşq prosesini davam etdirən "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası sözügedən ölkədə növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, yerli "Ayaks"la üz-üzə gələn "qırmızı-qaralar"ın ikinci sınağı heç-heçə ilə yekunlaşıb – 1:1.
Bu matç bir sıra diqqətçəkən məqamlarla yadda qalıb. "Qəbələ"yə qarşı mübarizə aparan heyətdə məşhur hollandiyalı futbolçu Patrik Klüvertin oğlu da yer alıb. "Qəbələ" - "Ayaks" matçını izləyənlər arasında Dennis Berqkamp, Ronald de Bur və Kiki Musampa kimi tanınmış futbolçular da olub.
