29 aprel 2013 00:07
Ruslan Abışovsuz Rubin CSKA üzərində qələbə qazandı (YENİLƏNİB)
Bu gün futbol üzrə Rusiya Premyer Liqasında 26-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” bu tur CSKA ilə qarşılaşıb.
Oyun Kazanda keçirilirdi. Bu üzdən də həmyerlimizin komandası mütləq qələbə qazanmağı hədəfləmişdi. Sonda 3 xala sevinən tərəf məhz "Rubin" olub.
Baş məşqçi Kurban Berdıyevin ötən tur debüt imkanı yaratdığı Ruslan Abışov bu dəfə meydana çıxmayıb. Millimizin üzvü oyunu ehtiyatda izləyib.
Qeyd edək ki, “Rubin” 25 turdan sonra turnir cədvəlində 44 xalla 4-cü yeri tutur.
Rusiya Premyer Liqası
26-cı tur
28 aprel
Rubin - CSKA - 2:0
