28 aprel 2013 02:15
Elhad Nəziri oynamadı, Petrolul darmadağına sevindi (YENİLƏNİB)
Bu gün Rumıniyanın “Petrolul” klubu ölkə çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin komandası 28-ci tur çərçivəsində “Viitorul Constanta” ilə qarşılaşıb.
Doğma meydanda keçirilən görüş “Petrolul”un asan qələbəsiylə başa çatıb - 3:0. Nəziri bu görüşün iştirakçısı olmayıb.
Qeyd edək ki, “Petrolul” 28 oyundan sonra topladığı 52 xalla 2-ci pillədə qərarlaşıb.
Rumıniya çempionatı
28-ci tur
27 aprel
Petrolul - Viitorul Constanta - 3:0
