27 aprel 2013 00:12
Vüqar Əsgərov qol vurdu, Metallurg lider oldu
Futbol üzrə Latviya çempionatında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərovun çıxış etdiyi Lieapaya “Metallurg”u bu dəfə “Jelgava” ilə qarşılaşıb.
Qarşılaşma doğma meydanda keçirilib. Həmyerlimizin komandası rəqibini darmadağınla yola salıb – 3:0.
Bu görüşdə Əsgərovun da forma geyməsi istina deyildi. Baş məşqçi əvvəlki oyunlarda olduğu kimi, millimizin üzvünə yenə start heyətdə şans verib. Oyunda hesabı da məhz 33-cü dəqiqədə millimizin üzvü açıb. Amma o, 83-cü dəqiqədə əvəzlənib.
Maraq üçün xatırladaq ki, bu, Əsgərovun cari mövsümdə ikinci qoludu. Amma nə qədər maraqlı olsa da, baş məşqçi Berti Foqts ötən gün açıqladığı heyətdə Vüqara yer verməyib.
Qeyd edək ki, “Metallurg” hazırda 10 xalla birinci yerdə gedir.
Latviya çempionatı
5-ci tur
26 aprel
Metallurg – Jelgava – 3:0
