26 aprel 2013 12:05

Saşa Stamenkoviç: Məni cəzalandırmaq Hacıyevin haqqıdı

“Neftçi”nin qapıçısı Saşa Stamenkoviçin azerisport.az saytına müsahibəsi
 
- “Qarabağ”la kubokun cavab oyunu barədə nə deyə bilərsiz?
- İlk növbədə onu qeyd etməliyəm ki, kubok oyunları “Neftçi”nin nə qədər böyük komanda olduğunu bir daha göstərdi. “Qarabağ”ın üç çempionat oyununda qələbə qazanması isə bizim Avropa Liqasındakı çıxışımızla, yorğunluğumuzla bağlı idi. Kubok görüşlərində isə özünüz də gördünüz ki, biz onlara heç bir şans vermədik. İkinci oyunda da qalib gələ bilərdik.
 
- Əgər sizin kobud səhviniz olmasaydı...
- Rəqib o qədər də yaxşı oynamadı. Bu üzdən “Qarabağ”a kömək etmək qərarına gəldim (gülür).
 
- Siz həmin epizodda nə etmək istəyirdiniz?
- Vaxt öldürmək istəyirdim. Amma yıxıldım və...
 
- Bu epizod Böyükağa Hacıyevin ürəyincə olmayıb və bəyan edib ki, sizi cəzalandıracaq...
- Bu, onun haqqıdı.
 
- Sizi həqiqətən də Conni Leoninin gedişi arxayınlaşdırıb? Hər halda baş məşqçi belə qənaətdədi...
- Mən qapıda Leoniyə görə dayanmıram. İsveçrəli yaxşı insan və qapıçı idi. Onun niyə getdiyini bilmirəm. Amma bu, məni qətiyyən arxayınlaşdırmır.
 
- Kubokun finalında “Xəzər Lənkəran”la qarşılaşacaqsız...
- Şübhəsiz ki, maraqlı qarşılaşma olacaq. Amma indi bu haqda düşünmürəm. Sadəcə, onu deyə bilərəm ki, biz ötən il “Bakı” ilə oyunun da favoriti idik. Buna baxmayaraq, həlledici oyunda uduzduq. Ona görə də indi biz daha çox çempionata köklənməliyik. Premyer Liqada uğur qazandıqdan sonra kubokun finalı barədə düşünmək olar.
 
- Bu həftə sizi “İnter”lə derbi gözləyir. Bu oyuna qədər hazır ola biləcəksiz?
- Buna borcluyuq. Öz meydanımızda oynayırıq. Ona görə də üç xal götürməyə çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.