26 aprel 2013 12:37
Skarlatake 50-yə çatdı
Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Bakı” ilə cavab oyunu (2:0) “Xəzər Lənkəran”ın futbolçusu Manuel Skarlatake üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, rumıniyalı müdafiəçi 50-ci dəfə “ağ-yaşıl”ların heyətində meydana çıxıb.
2011-ci ilin əvvəlində transfer olunan arxa xətt oyunçusu yarım mövsüm ölkəmizdə çıxış etdikdən sonra vətəninə qayıtmışdı. 2012-ci ilin yayında 1 illik fasilədən sonra yenidən bu komandaya qayıdan Manuel ümumilikdə “Xəzər Lənkəran”da mövsümyarıma yaxın çıxış edib.
Çempionatda 36, Avropa Liqasında 4 matça çıxan Skarlatake kubokda 10-cu görüşünü keçirməklə ümumi oyun sayında 50-yə çatdı. Bununla da o, klub tarixində 50 və daha çox oyun keçirən 38-ci futbolçu oldu.
