26 aprel 2013 12:48
Qarabağ Qəbələyə sabah yola düşəcək
“Qarabağ” Premyer Liqanın 28-ci turunda qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, 2 gün öncə ölkə kubokunda “Neftçi”ylə qarşılaşan komandanın baş məşqçisi Qurban Qurbanov dünən komandaya istirahət vermişdi.
Bu gün komanda tək məşqlə kifayətlənəcək. Sabah isə ağdamlılar Qəbələyə yollanacaqlar. Axşam isə komanda matçın keçiriləcəyi stadionda məşqə çıxacaq.
Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” oyunu aprelin 28-də keçiriləcək və saat 16:00-da start götürəcək.
