26 aprel 2013 13:01
Azərbaycan kubokunun final oyununda nominal ev sahibi müəyyənləşdi
28 may 2013-cü il tarixində keçiriləcək Azərbaycan kubokunun final oyununda nominal ev sahibi olacaq komanda müəyyənləşib. Azerisport.az xəbər verir ki, Peşəkar Futbol Liqasında “Neftçi” və “Xəzər Lənkəran” klublarının nümayəndələrinin iştirakı ilə keçirilmiş püşkatmaya əsasən “Neftçi” klubu Azərbaycan Kubokunun final oyununda nominal ev sahibi olacaq.
Azərbaycan Kuboku
Final
28 may 2013-cü il (çərşənbə axşamı)
“Neftçi” – “Xəzər Lənkəran”
Bakı. T. Bəhramov adına Respublika stadionu.
