27 aprel 2013 01:04

Murcianın yarımmüdafiəçisi seçim qarşısında: Azərbaycan, İspaniya, yoxsa Toqo yığması?

Eddi Paskual... Yəqin ki, bu ad ilk baxışdan azərbaycanlı futbolsevərlər üçün o qədər də tanış və maraqlı deyil. Amma onun tam adını – Eddi Silvestre Paskual İsrafilov - diqqətinizə çatdırsaq, sözügedənin personasına marağınızın artdığına əminik.
 
Azerisport.az xəbər verir ki, Eddi 1992-ci ildə İspaniyada, Almeriyada anadan olub. Hazırda peşəkar futbolçu olan Eddinin atası Toqodan, anası Azərbaycandandı. Bu üzdən də Paskualın birdən-birə üç vətəndaşlığı var. O, həm İspaniya, həm də Toqo və Azərbaycan vətəndaşlığını daşıyır. Bu üzdən də indi onu çox maraqlı bir seçim gözləyir: bu ölkələrdən hansının yığmasında çıxış etməli?
 
191 sm boya malik futbolçu nə müdafiəçi, nə də hücumçu deyil. O, sağ cinah yarımmüdafiəçisi mövqeyində oynayır. Eddinin karyerası “Real Murcia” ilə bağlıdı. O, debütünü bu klubun B komandasında edib. Hazırda isə Sequnda Divizionda (İspaniya La Liqasından sonra ölkənin ikinci ən güclü çempionatı – azerisport) çıxış edən əsas komandada forma geyir. Bu, onun peşəkar karyerasında ikinci mövsümüdü. Eddi bu mövsüm 14 oyun keçirib. Bu qarşılaşmalarda bir dənə də qol vura bilməyən 21 yaşlı oyunçu iki dəfə meydandan qovulmağa imkan tapıb.
 
Sabah onun komandasını “Almeria” ilə prinsipial duel gözləyir. Bu qarşılaşma öncəsi danışan Eddi toqolu və azərbaycanlı valideynlərindən də söhbət açıb: “Mən “Almeria”ya qarşı kubokda oynamışam. Bu, xüsusi hissdi. Çünki uşaqlıqda bu komandaya azarkeşlik edirdim. İndi isə onlara qarşı oynamaq şansı qazanmışam. Valideynlərim Mursiyaya elə də tez-tez gəlmirlər. Gələndə isə mənim oyunlarıma mütləq baş çəkirlər. Onlar həmişə mənə məsləhət verirlər ki, öz üzərimdə işləməyə davam edim və arzularımı gerçəkləşdirmək üçün əlimdən gələni əsirgəməyim”.
 
Lakin Paskual hələ yığma komanda seçimini etməyə tələsmir: “Zaman hər şeyi yerbəyer edir. İndi mən sadəcə klubumda faydalı olmağa çalışıram”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.