26 aprel 2013 13:32
Elhad Nəziri baş məşqçisiz qala bilər
Futbol üzrə Azərbaycan yığmasının və Rumıniyanın “Petrolul” klubunun müdafiəçisi Elhad Nəziri baş məşqçisiz qala bilər. Azerisport.az xəbər verir ki, onun çıxış etdiyi komandanın çalışdırısı Kosmin Kontranın istefa verəcəyi barədə məlumatlar yayılmağa başlayıb.
Rumıniya mətbuatının iddiasına görə, Kontranın klubla müqaviləsi mövsümün sonunda başa çatır. Lakin o, indiki klubu ilə müqaviləsini yeniləməyə bilər. Çünki Kontranın Buxarest “Dinamo”suna rəhbərlik etmək variantı yaranıb. Buxarestlilərin çalışdırıcısı Kornel Talnar yayda istefaya göndəriləcək. Onu bu postda əvəzləməyə Kontra ilə yanaşı daha iki mütəxəssis namizəd göstərilir.
