27 aprel 2013 01:28
Elxan Məmmədov: Eddi İsrafilovu iki həftədi yaxından izləyirik
AFFA-nın baş katibi Elxan Məmmədov İspaniyanın Sequnda Divizionunda çıxış edən “Murcia”nın yarımmüdafiəçisi Eddi Paskual İsrafilovun Azərbaycan yığmasında forma geymək perspektivini dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Biz İspaniya klubunda belə bir futbolçunun çıxış etməsindən xəbərdarıq. Artıq iki həftədi onun çıxışını izləyirik. Eddinin oyunlarını ispandilli skautlar izləyir. Onun haqqında məlumat toplayırlar. Yalnız bütün informasiyaları əldə edəndən sonra qərarımızı verəcəyik ki, ona yığmamızda çıxış etmək üçün dəvət göndərmək olar, ya yox” .