29 aprel 2013 00:03
Almaniya çempionatı: Lider qələbəyə doymur (YENİLƏNİB)
Futbol üzrə Almaniya çempionatında 31-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun ilk oyun günündə bir görüş baş tutub.
Açılış matçında “Greuther Furth” “Hannover”i qəbul edib. Gərgin keçən qarşılaşma qonaqların çətin qələbəsiylə başa çatıb.
İkinci oyun günündə “Augsburg” “Stuttgart”ı darmadağınla yola salıb. “Bayer” “Werder”ə, “Bayern” “Freiburg”a minimal hesabla qalib gəlib. “Hoffenheim” “Nurnberg”, “Wolfsburg” “Borussia” (Münhenqladbax) üzərində qələbəyə sevinib. “Fortuna”nın qonağı olan “Borussia” (Dortmund) isə 3 xalı səfərdə qazanıb.
Turun son oyun günündə isə “Mainz” “Eintracht”la qolsuz heç-heçəyə razılaşıb. “Schalke” isə “Hamburger” ilə qarşılaşmada darmadağına imza atıb.
Almaniya Bundesliqası
31-ci tur
26 aprel
Greuther Furth – Hannover – 2:3
Qollar: Dyurdyiç, 41; 83 – Abdellaue, 36, Hoffmann, 71, Pinto, 87.
27 aprel
Augsburg - Stuttgart - 3:0
Qollar: Mölders, 61, De Yonq, 83, D.Ji, 86.
Bayer - Werder - 1:0
Qol: Kisslinq, 35.
Bayern - Freiburg - 1:0
Qol: Şaqiri, 35.
Hoffenheim - Nurnberg - 2:1
Qollar: Vays, 11, Salihoviç, 19 - Simons, 58-pen.
Wolfsburg – Borussia (Münhenqladbax) - 3:1
Qollar: Arnold, 34, Oliç, 61, Dieqo, 75 - Mlapa, 52.
Fortuna - Borussia (Dortmund) - 1:2
Qollar: Bodzek, 88 - N.Şahin, 20, Blaşikovski, 70.
28 aprel
Mainz - Eintracht - 0:0
Schalke - Hamburger - 4:1
Qollar: M.Bastos, 10, Huntelaar, 21; 58; 66 - Yansen, 5.
| 1 | Bayern | 31 | 27 | 3 | 1 | 90 | 14 | +76 | 84 |
| 2 | Borussia D | 31 | 19 | 7 | 5 | 76 | 36 | +40 | 64 |
| 3 | Bayer | 31 | 16 | 8 | 7 | 59 | 38 | +21 | 56 |
| 4 | Schalke | 31 | 14 | 7 | 10 | 54 | 47 | +7 | 49 |
| 5 | Eintracht | 31 | 13 | 7 | 11 | 43 | 42 | +1 | 46 |
| 6 | Freiburg | 31 | 12 | 9 | 10 | 40 | 37 | +3 | 45 |
| 7 | Borussia M | 31 | 11 | 11 | 9 | 38 | 42 | –4 | 44 |
| 8 | Hamburger | 31 | 13 | 5 | 13 | 37 | 50 | –13 | 44 |
| 9 | Hannover | 31 | 12 | 5 | 14 | 54 | 57 | –3 | 41 |
| 10 | Mainz | 31 | 10 | 10 | 11 | 36 | 36 | 0 | 40 |
| 11 | Wolfsburg | 31 | 10 | 10 | 11 | 41 | 46 | –5 | 40 |
| 12 | Stuttgart | 31 | 11 | 6 | 14 | 33 | 50 | –17 | 39 |
| 13 | Nurnberg | 31 | 9 | 11 | 11 | 34 | 42 | –8 | 38 |
| 14 | Werder | 31 | 8 | 8 | 15 | 45 | 60 | –15 | 32 |
| 15 | Fortuna | 31 | 7 | 9 | 15 | 37 | 49 | –12 | 30 |
| 16 | Augsburg | 31 | 7 | 9 | 15 | 30 | 45 | –15 | 30 |
| 17 | Hoffenheim | 31 | 7 | 6 | 18 | 37 | 60 | –23 | 27 |
| 18 | Greuther Furth | 31 | 3 | 9 | 19 | 22 | 55 | –33 | 18 |
