30 aprel 2013 00:10
İspaniya çempionatı: Barsa büdrədi, Real sevindi (YENİLƏNİB)
Futbol üzrə İspaniya çempionatında 33-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutub.
Açılış matçında “Osasuna” “Rayo Vallecano”nun qonağı olub. Qarşılaşma sülhlə başa çatıb.
İkinci oyun günündə “Levante” “Celta”ya uduzub. “Athletic”in qonağı olan “Barcelona” bu dəfə heç-heçə ilə kifayətlənib. “Atletico”nun qonağı olan “Real” isə Madrid derbisindən qalib ayrılıb. “Zaragoza” da “Mallorca”ya qalib gəlib.
Bazar günü “Espanyol” “Granada”ya uduzub. “Malaga” “Getafe” üzərində qələbəyə sevinib. “Valladolid” “Sevilla” ilə xalları yarı bölüb. “Real Sociedad” isə “Valencia”nı məğlub yola salıb.
Son gündə isə “Betis” “Deportivo” ilə münasibətlərinə aydınlıq gətirib. Tərəflər sülhə razılaşıblar.
İspaniya La Liqası
33-cü tur
26 aprel
Rayo Vallecano – Osasuna – 2:2
Qollar: Delibaşiç, 7, Piti, 57 – Loe, 8, Arribas, 13.
27 aprel
Levante - Celta - 0:1
Qol: Fernandes, 20.
Athletic - Barcelona - 2:2
Qollar: Laskurayn, 27, Herrera, 90 - Messi, 67, A.Sançes, 70.
Atletico - Real - 1:2
Qollar: Falkao, 4 - Xuanfran, 13-öz qapısına, Di Mariya, 62.
Zaragoza - Mallorca - 3:2
Qollar: Montanes, 29, Poştiqa, 60, Roşina, 88 - Hemed, 12, Arzimendi,
28 aprel
Espanyol - Granada - 0:1
Qol: Nolito, 37.
Malaga - Getafe - 2:1
Qollar: S.Krus, 40, Velliqton, 48 - Valera, 70.
Valladolid - Sevilla - 1:1
Qollar: Querra, 41 - Neqredo, 61-pen.
Real Sociedad - Valencia - 4:2
Qollar: Martines, 34, Kastro, 74, Aqirretxe, 86; 90 - Soldado, 25, Yonas, 90.
29 aprel
Betis - Deportivo - 1:1
Qollar: Molina, 49 - Riki, 7.
| 1 | Barcelona | 33 | 27 | 4 | 2 | 101 | 35 | +66 | 85 |
| 2 | Real | 33 | 23 | 5 | 5 | 85 | 31 | +54 | 74 |
| 3 | Atletico | 33 | 21 | 5 | 7 | 58 | 27 | +31 | 68 |
| 4 | Real Sociedad | 33 | 16 | 10 | 7 | 61 | 41 | +20 | 58 |
| 5 | Malaga | 33 | 15 | 8 | 10 | 47 | 38 | +9 | 53 |
| 6 | Valencia | 33 | 15 | 8 | 10 | 54 | 50 | +4 | 53 |
| 7 | Betis | 32 | 14 | 6 | 12 | 48 | 49 | –1 | 48 |
| 8 | Rayo Vallecano | 33 | 14 | 4 | 15 | 43 | 54 | –11 | 46 |
| 9 | Getafe | 33 | 12 | 8 | 13 | 40 | 50 | –10 | 44 |
| 10 | Sevilla | 33 | 12 | 7 | 14 | 49 | 47 | +2 | 43 |
| 11 | Espanyol | 33 | 11 | 10 | 12 | 42 | 43 | –1 | 43 |
| 12 | Valladolid | 33 | 10 | 10 | 13 | 42 | 46 | –4 | 40 |
| 13 | Levante | 33 | 11 | 7 | 15 | 35 | 52 | –17 | 40 |
| 14 | Athletic | 33 | 10 | 7 | 16 | 37 | 59 | –22 | 37 |
| 15 | Osasuna | 33 | 8 | 9 | 16 | 28 | 38 | –10 | 33 |
| 16 | Granada | 33 | 8 | 8 | 17 | 29 | 51 | –22 | 32 |
| 17 | Deportivo | 32 | 7 | 9 | 16 | 43 | 64 | –21 | 30 |
| 18 | Celta | 33 | 8 | 6 | 19 | 32 | 47 | –15 | 30 |
| 19 | Zaragoza | 33 | 8 | 6 | 19 | 32 | 53 | –21 | 30 |
| 20 | Mallorca | 33 | 7 | 7 | 19 | 36 | 67 | –31 | 28 |
