26 aprel 2013 16:49

Duayt York Azərbaycana gəlir

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti böyük məmnuniyyətlə bildirir ki, "Mançester Yunayted" klubunun əfsanəvi hücumçusu Duayt York "Bakcell" və "Mançester Yunayted" arasındakı müqavilə çərçivəsində Bakıya səfər edəcək. Azerisport.az xəbər verir ki, "Mançester Yuneyted"in "təbəssümlü qatil"i klubun birdən-birə üç titul qazandığı unudulmaz mövsümün ən aparıcı oyunçularından biri idi. 1998-ci ilin sentyabr ayında Aston Villadan transfer olunan Trinidad və tobaqolu hücumçu 29 qol vuraraq bombardirlər siyahısında birinci pilləni tutdu, "Qırmızılar"a isə titullar qazanırdı. York və Endi Koulun meydanda bir-birini yaxşı başa düşməsi onları müasir futbolun tarixində ən təhlükəli tandemlərdən biri edirdi.
 
Ruud Van Nistelroyun komandaya gəlişindən sonra Yorkun rolu nisbətən azaldı, lakin o, "Arsenal"a 22 dəqiqə ərzində etdiyi "het-trik"dən sonra bütün "Yunayted"in azarkeşləri üçün canlı əfsanəyə çevrilib. Duayt "Old Trafford"u 2002-ci ildə tərk edib, lakin onun həmin stadiona opponent qismində qayıtması azarkeşlər tərəfindən daima isti qarşılanırdı.
 
Duayt Youk "Bakcell" şirkətinin xüsusi qonağı olaraq bir neçə tədbirdə iştirak edəcək. Bu tədbirlərin sırasında mayın 1-də Heydər Əliyevin 90 illik yubileyi münasibətilə AFFA tərəfindən təşkil olunacaq Azərbaycan və dünyanın veteran futbolçulardan ibarət yığma komandaları arasında yoldaşlıq görüşü və mayın 3-də "Bakcell" tərəfindən təşkil olunacaq xeyriyyə auksionunu xüsusi qeyd etmək lazımdır.
 
Xeyriyyə auksionunda yığılan pullar, ehtiyacı olan uşaqlara kömək məqsədilə UNICEF təşkilatına veriləcək.
 
"Bakcell" şirkəti "Mançester Yunayted"in bütün MDB məkanında ilk rəsmi telekommunikasiya partnyoru olaraq, 2.6 milyondan çox "Bakcell" müştərisi və xüsusilə də "Mançester Yunayted" azarkeşlərinə geniş çeşiddə xüsusi və eksklüziv kontenti təqdim edir. (Trend)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.