26 aprel 2013 17:03
AFFA yığmamıza daha bir rəqib tapdı
Azərbaycan milli komandası mayın 29-da Doha şəhərində Qətər yığması ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, bu oyunla bağlı Azərbaycan milli komandasının bütün xərcləri Qətər Futbol Assosiasiyası tərəfindən ödəniləcək.
Qeyd edək ki, Azərbaycan kubokunun final oyununda çıxış edəcək futbolçular bu qarşılaşmada iştirak etməyəcək.
