26 aprel 2013 17:54
Qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək
Mart ayında Topaz Premyer Liqasının ən yaxşı oyunçusu və ən gözəl qolun müəllifi müəyyənləşib. Azerisport.az xəbər verir ki, qaliblərin mükafatlandırılması mərasimi 29 aprel tarixində “Four Seasons” mehmanxanasında keçiriləcək.
Tədbir saat 15:00-da başlayacaq. Məlumatı Peşəkar Futbol Liqası yayıb.
