26 aprel 2013 18:02
28-ci turun üç oyunu canlı yayımlanacaq
Topaz Premyer Liqasının 28-ci turunun üç oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, adları aşağıda göstərilən oyunları azarkeşlər canlı izləmək fürsəti qazanacaqlar.
Premyer Liqas
28-ci tur
28 aprel (bazar)
“Bakı” – “Simurq”
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Fazil Mürşüdov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 16:00 (canlı, AZTV)
“Qəbələ” – “Qarabağ”
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Xaqani Məmmədov
Qəbələ şəhər stadionu, 16:00 (canlı, “İdman Azərbaycan”)
“Neftçi” – “İnter”
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Əhmədağa Cabbarov
“Bakcell Arena” stadionu, 18:00 (canlı, “İdman Azərbaycan”)
