27 aprel 2013 19:08
İnter Neftçiyə, Qarabağ Qəbələyə uduzdu
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 28-ci tura yekun vurulub. Azerisport.az xəbər verir ki, şənbə günü dörd görüş keçirilib.
“Neftçi” “İnter”i, “Bakı” “Simurq”u məğlub yola salıb. AZAL evdə “Xəzər Lənkəran”a uduzub. “Qəbələ” isə “Qarabağ” üzərində qələbəyə sevinib.
Əvəzedicilərin çempionatı
28-ci tur
27 aprel
Neftçi – İnter - 3:1
Qollar: Cavid Muxtarzadə, 4, Vüsal Səfərov, 10, Elşən Abdullayev, 78 - Nurxan Mənsimzadə, 72.
Bakı – Simurq – 3:0
Qollar: Raul Yaqubzadə, 8; 31, Elton Hüseynov, 53.
AZAL - Xəzər Lənkəran – 1:2
Qollar: Elmin Çobanov, 38 - Rəcəb Mahmudov, 40-öz qapısına, Anar Babazadə, 80.
Qəbələ - Qarabağ – 2:1
Qollar: Rey Məmmədbəyli, 69, Amil Yunanov. 85 - Tural İsgəndərov, 66-pen.
