27 aprel 2013 19:15
Musa Qurbanov het-trik etdi, Azərbaycan Özbəkistanla sülh bağladı
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə respublikamızın Özbəkistandakı səfirliyinin təşkilatçılığı ilə bu gün Daşkənd şəhərində Özbəkistan və Azərbaycanın futbol veteranları arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma gözlənildiyi sülhlə başa çatıb.
Amma tərəflər hərəyə dörd qol vurmağa imkan tapıblar. Komandamızın heyətində Musa Qurbanov het-trikə imza atıb. Bir qolu isə Vəli Qasımov vurub.
