27 aprel 2013 19:47
“Oyunçularımız topu hiss edə bilmirdi”
“Turan”ın baş məşqçisi Əfqan Talıbov Topaz Premyer Liqasının 28-ci turunun “Rəvan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, tovuzluların çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Digər oyunlarla müqayisədə bugünkü oyunda komanda verilən tapşırıqları yerinı yetirdi, az səhv etdi. Lakin oyunu müsbət nəticə ilə yekunlaşdıra bilmədik. Əsasən cinahlardan ötürülən toplarda səhvlər edirdik, əks-hücumdan qapımızda qol gördük. Oyunçularımız topu hiss edə bilmirdi. Standart vəziyyətlərdən istifadə edib qol vurmaq istəyirdik. Qarşıdakı dörd oyuna ciddi hazırlaşmalıyıq”.
