27 aprel 2013 19:55
Əliyev: Ən yaxşı oyunumuzu oynamadıq
“Rəvan”ın baş məşqçisi Ramil Əliyev Topaz Premyer Liqasının 28-ci turunun “Turan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Erkən vurduğumuz qol bizə daha rahat oynamağa imkan verdi. Rəqibi əks-hücumlarda yaxalasaq da, hesab arasındakı fərqi artıra bilmədik, futbolçularda dəqiqlik çatmadı. Ən yaxşı oyunumuzu oynamadıq, amma qələbə qazandığımız üçün şadam”.
