27 aprel 2013 20:04

“Azərbaycan qısa zamanda Braziliyaya çatacaq”

“Simurq”un braziliyalı legioneri Anderson Oliveyra klubun rəsmi syatına müsahibə verib. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu həm karyerası ilə bağlı, həmdə “Simurq” haqqındakı sualları cavablandırıb.
 
- Anderson, özünü burada necə hiss edirsən?
- Çox yaxşı. Burada hər kəs mənə qarşı yaxşı davranır. Hər şey qaydasındadır.
 
- Necə oldu ki, “Simurq”un təklifini qəbul etdin?
- Braziliyada olarkən burdan təklif gəldi. Məndə dəyərləndirdim və qəbul edib gəldim. Bir müddət baxışda oldum. Daha sonra müqavilənin şərtlərini müzakirə edib, razılığa gəldik.
 
- Komandaya uyğunlaşmaqda çətinlik çəkmədin?
- Burada uyğunlaşmaqla bağlı heç bir problemim olmadı. Ən böyük çətinliyim dillə bağlı oldu. Çünki Azərbaycan və Rus dilində bilmədiyimdən ilk günlər problem yaradırdı. Ancaq artıq hər şey qaydasındadır. İngilis dilində fikirlərimi izah edirəm. Komandamın uğurları haqqında Braziliyada yaşayan ailəmə tez-tez məlumatlar verirəm. 
 
- Premyer Liqanın səviyyəsi gözlədiyin kimidir?
- Mənim üçün çox yaxşı çempionatdır. Gərgin oyunlara çıxırıq. Məncə hər bir futbolçunun arzusudur ki, bu cür liqadalarda forma geyinsin.
 
- “İnter”lə oyunda böyük hesablı məğlub olmağımızda əsas səbəb nə görürsən?
- Bu oyunun nəticəsi həqiqətən bizim üçün acınacaqlı oldu. Buna görə çox məyusuq. Oyun ərzində çox çalışdıq ki, vəziyyəti düzəldək. Ancaq meydanda az qalmağımız buna imkan vermədi.
 
- “Bakı” ilə oyuna hazırlıqlar necə gedir?
- Komandada hər bir kəs bu görüşə yüksək əhval-ruhiyyədə hazırlaşır. Bütün diqqətimizi bu oyuna yönəltmişik. Çalışacayıq ki, qalib gələn tərəf biz olaq. Çünki bununla son oyundakı uğursuz nəticənidə unutdurmaq istəyirik.
 
- Rəqibi necə dəyərləndirərdin?
- Çox texnikalı komandadır. Son oyunlarda yaxşı təsir bağışlayırlar. Ancaq onlarında zəif tərəfləri var. Bizdə bunlardan istifadə etməliyik.
 
- “Simurq”un Avroliqaya düşmək şansları haqqında nə düşünürsən?
- Düzünü desək, hazırki durumda şansımız çox aşağıdır. Ancaq biz buna baxmayaraq, sona qədər mübarizə aparacayıq.
 
- Növbəti mövsümdə “Simurq”da qalmağı düşünürsən?
- Burada qalmağımla bağlı heç bir problem yoxdur. Ancaq yenidən rəhbərliklə oturub bəzi şeyləri müzakirə etməliyik. 
 
- Braziliyaya qayıtdığın zaman Azərbaycandan ən çox nəyi xatırlayacaqsan?
- Hələ ölkəmə nə vaxt qayıdacağımı bilmirəm. Ancaq burda mən özümə unudulmaz yeni dostlar qazanmışam. Onlarla bağlı xatirələrimi unutmaram.
 
- Braziliya ilə Azərbaycan arasında hansı oxşar və fərqli cəhətlər var?
- Oxşarlıq çəhətdən onu deyə bilərəm ki, ölkəniz getdikcə inkişaf edir və tez bir zamanda Braziliyaya çatacaq. Düşünürəm ki, Azərbaycanda tez bir zamanda Dünya Kubokuna ev sahibliyi edəcək. Fərqlilik baxımdan isə burada boş vaxtlarında əylənmək üçün o qədərdə çox yer yoxdur. Braziliyada isə hər yerdə var. Bakıda sizin ailənizlə birlikdə vaxt keçirmək üçün bir neçə variantınız ola bilər. 
 
- Azərkeşlərlə münasibətlər necədi?
- Onlar möhtəşəmdirlər. Oyunlarımız zamanı bizə tam dəstək verirlər. Qarşılaşmalarda topla hansısa fənd edəndə hər kəs mənim adımı qışqırır, alqışlayır. Harda görsələr yaxınlaşıb şəkil çəkdirirlər. Bütün bunlara görə azərkeşlərimizə təşəkkür edirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.