27 aprel 2013 20:07
“Onların yerini dolduracaq futbolçu tapa bilmirik”
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Topaz Premyer Liqasının 28-ci turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Qələbə münasibəti ilə Mahmud Qurbanovu təbrik edirəm. Çoxlu hücum təşkil etməyimizə baxmayaraq, qol vurmaq üçün futbolçularda ustalıq çatışmırdı. İki oyunçumuz zədəlidi və onların yerini dolduracaq futbolçu tapa bilmirik. Bu oyunda bir xal qazanmalı idik”.
