27 aprel 2013 20:11
Mahmud Qurbanov 2013-cü ildəki ilk qələbələrindən danışdı
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Topaz Premyer Liqasının 28-ci turunun “Sumqayıt” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gəncəlilərin çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bu il ilk qələbəmizi, ilk üç xalımızı qazandıq. Çətin oyun oldu. Fiziki cəhətdən güclü, sürətli oyunçulara malik komandaya qarşı oynadıq. Bəxt də bu gün bizim tərəfimizdə idi. Bu cür oyunlarda bir qol hər şeyi həll edir. İlk qolu rəqib vursa idi, qalib gələ biləcəklərini düşünürəm. Qələbə qazandığımız üçün şadam, komandanı təbrik edirəm”.
