28 aprel 2013 00:47
“Sübut edəcəyik ki, Elçin Məmmədov rüşvət alıb – o, hakimlikdən getməlidi”
“Bakı”nın baş meneceri Zeynal Məmmədovun azerisport.az saytına müsahibəsi
- Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdiyiniz cavab matçında komandanızın məğlubiyyətinə nə səbəb oldu?
- Hamı Elçin Məmmədovun necə işlədiyini gördü. Biz oyunun videoyazısına baxdıq və bir daha gördük ki, baş hakim komandamıza qarşı çalışıb. Etiraf edirəm ki, həmin gün bizim futbolçularımız da yaxşı çıxış etmədilər. Amma hakimlik də bərbad vəziyyətdə idi. Məsələn, o, iki dəfə meydan sahiblərinin futbolçusunu meydandan qovmalı olduğu halda, bunu etmədi. Biz artıq bu məsələ ilə bağlı PFL-ə məktub ünvanlamışıq. Lazım olan qərarların çıxarılmasını tələb etmişik. Əgər tələblərimiz yerinə yetirilməsə, müvafiq orqanlara müraciət edəcəyik.

- Məmmədovun hansı qərarları sizi daha çox narazı salıb?
- İlk yarının əsas vaxtına bir dəqiqə əlavə olunsa da, Ağabala Ramazanov hesabı 45+2-ci dəqiqədə açdı. İkinci qol epizodu zamanı Adrian Skarlatake Aqil Nəbiyevə zərbə endirsə də, bunu hamı gördü, bircə hakimdən başqa. Elnur Allahverdiyev meydana futbol oynamağa yox, dalaşmağa çıxmışdı. O, Ferdi Elmasa zərbə endirsə də, hakim ona vərəqə göstərmədi. Elnur Abdullayev bir dəfə Aleksandr Şoliçə, iki dəfə Marius Penaya zərbə endirdi, hakim susdu. Bütün bunlara görə o, cəzalanmalıdı. “Bakı” onun futboldan kənarlaşdırılmasını tələb edəcək. Çünki o, bütün bunları rüşvət aldığı üçün qəsdən edib.

- Sizin əlinizdə Məmmədovun rüşvət almasına dair fakt var?
- Mən üç nəfərlə görüşmüşəm və onlar da təsdiq edə bilərlər ki, kimə və nəyə görə rüşvət veriblər. Elçinə də demişik ki, artıq hər şeyi boynuna alsın. Bir gün öncə deyirdi ki, onu Lənkəranda hədələyiblər. Bu gün (söhbət ötən gün olub – azerisport) isə PFL-də “Bakı” tərəfindən hədələndiyini bildirdi. Hətta onu da əlavə etdi ki, guya o, etiraf etsə, mən ona nəsə söz vermişəm. Tamaşa! Biz “Bakı” klubu olaraq böyük layihələr həyata keçiririk. Amma hansısa bir hakim gəlib bizə qarşı iş aparır. Məsələ heç də bizim Avropa Liqasına vəsiqə qazana bilməməyimizdə deyil. Sadəcə belə aktyorları hakimlikdən uzaqlaşdırmaq, cəzalandırmaq lazımdı.

- Ramin Musayevlə bu barədə söhbətiniz olub?
- Bəli. O, məndən videoyazı tələb edir. Məndə videoyazı yoxdu. Amma üç şahidim var. Babək Quliyevlə Anar Niyazovu da videoyazı olmadan hakimlikdən uzaqlaşdırdılar.

- “Bakı”nın cavab görüşündə çox zəif çıxış etməsi ilə razısız?
- Bəli, çox zəif oynadıq. Hakim səhvləri olmasaydı, mən mən məğlubiyyətimizi tam layiqli hesab edərdim. Sadəcə, bizi o narahat edir ki, hakim rəqib komandanın dörd futbolçusuna qırmızı vərəqə göstərməli olduğu halda, bunun heç birini etmir.

- Bojidar Bandoviç postunda qalacaq?
- Biz heç vaxt məşqçilərin işinə qarışmamışıq. Bu uğursuzluğumuzda onun da böyük rolu var, komandanı toparlaya, yüksək səviyyəyə qaldıra bilmədi. Lakin onun işinə mövsümün sonunda qiymət veriləcək. İndi baş məşqçi dəyişikliyi barədə düşünmək düz deyil.

- İbrahim Karqbonun da komandadan qovulacağı barədə xəbərlər yayılmaqdadı...
- O, intizamı pozub və getməlidi. Amma təkcə o yox. Lənkəranda bəzi futbolçular öz səviyyələrini və kluba “sevgilər”ini göstərdilər. Onlar da komandamızda qalmayacaqlar. Bütün heyəti dəyişməyimiz mümkündü. Yeni mövsümdən tamamilə fərqli “Bakı” görəcəksiz. Belə heyətlə bizə heç bir Avropa Liqası lazım deyil.