27 aprel 2013 11:12
Özbəkistan – Azərbaycan matçının başlama saatı açıqlandı
Xəbər verdiyimiz kimi, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə respublikamızın Özbəkistandakı səfirliyinin təşkilatçılığı ilə bu gün Daşkənd şəhərində Özbəkistan və Azərbaycanın futbol veteranları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq oyunun başlama vaxtı da müəyyənləşib.
AFFA-nın yaydığı məlumata görə, qarşılaşma saat 17:30-da başlayacaq.
