27 aprel 2013 11:56
Berti Foqtsun izləyəcəyi oyunların sayı artdı
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasının 28-ci turunun daha bir oyununu izləyəcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, almaniyalı mütəxəssisin öncədən 28-ci tur çərçivəsində keçiriləcək "Kəpəz" – "Sumqayıt" və "Bakı" – "Simurq" görüşlərini canlı izləyəcəyi bildirilirdi. Lakin son məlumata görə, o, "Neftçi" - "İnter" oyununu da stadiondan izləyəcək.
