28 aprel 2013 01:12
Veteranların oyununu Rəhimov və Məmmədov idarə edəcək
Məlum olduğu kimi, may ayının 1-də Azərbaycan və Avropanın veteran futbolçuları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq həmin oyunu idarə edəcək hakimlər də müəyyənləşib.
Sözügedən qarşılaşmanı iki hakim idarə edəcək. Birinci hissədə Rüstəm Rəhimov fit çalacaq. Fasilədən sonra isə Xaqani Məmmədov hakimlik etdiyi günləri xatırlamaq fürsəti qazanacaq.
Qeyd edək ki, veteranların oyunu mayın 1-də “Bayıl Arena”da keçiriləcək və saat 20:00-da start götürəcək.
