27 aprel 2013 13:07
Topaz Premyer Liqası, 23-cü tur: Allahverdiyevin proqnozu
“Kəpəz”in sabiq baş məşqçisi Mehman Allahverdiyev Topaz Premyer Liqasının 28-ci turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb. Azerisport.az sizi həmin proqnozlarla tanış edir.
Kəpəz – Sumqayıt
“Sumqayıt” hazırda normal oyun göstərir. Onlar istənilən komandaya qarşı oynaya bilərlər. “Kəpəz”də isə hər şey aydındı. Onların uğrunda mübarizə aparacağı heç nə qalmayıb. “Sumqayıt” asan qələbə qazanacaq.
Rəvan – Turan
“Turan”ın hələ şansı var. Bu üzdən də onlar qələbə qazanmağa borcludular. Amma “Rəvan” onlar üçün kifayət qədər güclü rəqibdi. Bu oyunda hər şey baş verə bilər. Lakin paytaxt klubunun qələbəni qaçırmayacağını düşünürəm.
Bakı – Simurq
“Bakı” avrokuboklara vəsiqə qazanmaq şansını saxlamaq üçün mütləq qələbə qazanmalıdı. Eyni sözləri elə “Simurq”a da aid etmək olar. Baxmayaraq ki, bu, Zaqatala klubu üçün heç də son şans deyil. Çünki “Bakı” ilə aradakı xal fərqi 5-ə bərabərdi. Oyun “Bakı”nın meydanında keçiriləcəyinə görə, paytaxt təmsilçisinin qələbə qazanacağını düşünürəm.
Qəbələ - Qarabağ
“Qarabağ” çempionluq uğrunda mübarizə aparır. “Qəbələ”nin isə artıq heç bir məqsədi qalmayıb. Buna görə də Ağdam klubunun qələbəsini proqnozlaşdırıram.
“Qarabağ” çempionluq uğrunda mübarizə aparır. “Qəbələ”nin isə artıq heç bir məqsədi qalmayıb. Buna görə də Ağdam klubunun qələbəsini proqnozlaşdırıram.
Neftçi – İnter
Maraqlı və yəqin ki, gərgin qarşılaşma olacaq. Hər iki komanda çempionluq uğrunda mübarizə aparır. “İnter”in 3 xal qazanmaq şansı var. Amma çox azdı. Mən daha çox “Neftçi”nin qalib gələcəyini düşünürəm.
AZAL – Xəzər Lənkəran
AZAL artıq neçə oyundu ardıcıl qələbə qazanır. Vaqif Sadıqovun komandası yenə sübut etməyə çalışacaq ki, onlar ilk altılığa təsadüf nəticəsində düşə bilmədilər. Əlbəttə, heç-heçə ehtimalı da var. Amma məncə, AZAL qələbə qazanacaq.
