28 aprel 2013 01:36
“Berti Foqts Qətər yığmasını Atleticodan güclü sayır”?
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts millimizin üzvlərinin İspaniyanın “Atletico” klubuna qarşı keçiriləcək yoldaşlıq görüşündə iştirakını razılıqla qarşılamadı. Azerisport.az xəbər verir ki, onun bu cür münasibəti sözügedən qarşılaşmanın təşkilatçısı olan “Bakı” rəhbərliyinin ürəyincə olmadı.
Klubun baş meneceri Zeynal Məmmədov sözügedən məsələ ilə bağlı saytımıza açıqlama verib: “Atletico”nun Bakıya gəlməsi Azərbaycan futbolu və bütövlükdə ölkəmiz üçün çox böyük reklamdı. Biz bu görüşdə bütün yığma üzvlərinin iştirakını istəyirdik. Bu, əsl futbol bayramı olardı. Düzdü, bayram onsuz da baş tutacaq. Düzünü deyim ki, Berti Foqtsun mövqeyi mənim üçün aydın deyil. Belə çıxır ki, Qətər yığması “Atletico”dan güclüdü”?
