27 aprel 2013 13:50
Qarabağın yeni formaları satışa çıxarıldı
“Qarabağ”ın yeni formaları satışa çıxıb. Azerisport.az xəbər verir ki, Türkiyədən yeni dizayn olaraq gətirilmiş formaları artıq rahatlıqla əldə etmək mümkündü.
3 rəngli böyükdən kiçiyə hər kəsin yararlana biləcəyi forma, şərf və s. aksesuarları artıq Gənclik metrosunun yanında yerləşən “Bazarstore”dan əldə edə bilərsiniz.
Klubun rəsmi saytının yaydığı məlumata görə, tezliklə daha fərqli və daha çeşidli “Qarabağ”ın ruhunu daşıyan aksesuarları da qeyd edilən məkandan əldə etmək mümkün olacaq.
