27 aprel 2013 14:32
Premyer Liqamızda mart ayının ən gözəl qolunun müəllifi məlum oldu (VİDEO)
Mart ayının ən gözəl qolunun müəllifi müəyyənləşib. Azerisport.az xəbər verir ki, AZAL-ın futbolçusu Cavid Tağıyev ötən ay Topaz Premyer Liqasında vurulan ən gözəl qolun müəllifi olub.
Onunla yanaşı, Orxan Əliyev (Sumqayıt) Fərid Quliyev (Kəpəz), Mindauqas Kalonas (Rəvan), Pərdis Fərcad-Azad (Sumqayıt) da ən yaxşı qolun müəllifliyinə namizəd idi. Lakin Cavid bütün rəqiblərini qabaqlamağı bacarıb.
Qeyd edək ki, ayın ən gözəl qolunun müəllifi aprelin 29-da mükafatlandırılacaq.
