27 aprel 2013 16:08

Con Toşak: XL fanatları Liverpulun azarkeşlərindən geri qalmırlar

“Xəzər Lənkəran”ın Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində AZAL-la keçirəcəyi matçdan bir gün öncə, komandanın paytaxtda məskunlaşdığı oteldə baş məşqçi Con Bencamin Toşak klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, Toşak “Bakı” ilə ölkə kubokunun cavab qarşılaşmasına və qarşıdakı oyunlara toxunub:
 
- Azərbaycan kubokunun finalına vəsiqə qazanmaq yolunda çox ağır bir matça çıxdıq. Komandamın son oyunları məni razı salmasa da, “Sumqayıt”la matçda futbolçularım məni az da olsa, çıxışları ilə ümidləndirmişdi. Mən onlardan daha da artığını istəyərək “Bakı” ilə cavab qarşılaşmasında meydanda özlərinə inanıb vuruşmalarını istədim. Biz gözəl bilirdik ki, artıq çempionat oyunlarında iddiası qalmayan komanda olaraq ölkə kubokunun finalına vəsiqə qazanmaq komandamız və azarkeşlərimiz üçün nə qədər vacibdi. Bu mənada cavab qarşılaşmasında “Xəzər Lənkəran”lı futbolçuların nəhayət ki, verilən tapşırıqları düzgün yerinə yetirmələri, meydanda özlərinə güvənməklə vuruşmaları öz sözünü dedi. Açığı, mən buna yaxşı mənada təəccübləndim. Amma məni təəccübləndirən ən böyük hadisə azarkeşlərimizin dəstəyi idi. Son oyunlarda tərəfdarları üzdüyümüzdən onların da dəstəyini istədiyimiz kimi hiss etmirdik. Ancaq həmin gün onlar bizi çox vacib oyunda tək buraxmadılar. Mən, “Liverpul”da futbolçu kimi çıxış edərkən azarkeş dəstəyinin nə olduğunu yaxından hiss etmişəm. Sirr deyil ki, “Liverpul” tərəfdarları öz mükkəməl dəstəkləri ilə bütün dünyada seçilirlər. Amma sən demə onlardan geri qalmayan “Xəzər Lənkəran” azarkeşləri də varmış.
 
- Sizi ən çox tərəfdarların dəstəyi baxımından nə təəccübləndirdi?
- Onlarda qəribə bir sirr vardı. Elə dəstək verirlər ki, futbolçuları irəli atılmağa, qol vurmağa məcbur edirlər. Yəni arxadan güclü bir fırtına səni rəqib qapısına doğru sürükləyir. Bu futbolçularım kimi məni də çox məmnun etdi. Bir şey də var ki, onların tribunada sayı “Liverpul” tərəfdarlarının sayından az olsa da, dəstəyin gücü eyni idi.
 
- Oyundan sonra keçirilən mətbuat konfransında azarkeşlərə minnətdarlıq etməyiniz, qələbədə onların da payının olduğunu söyləməyiniz yəqin ki, söylədiklərinizə işarə idi...
- Yox, yox. Mən həmin gün onlar haqda daha artığını deməklə ənənədən qaça bilməzdim. Yəni ki, yanımda həmkarım da oturmuşdu və biz əsasən matç haqqında danışdıq. Çıxışımın sonunda azarkeşlərimizə minnətdarlıq etsəm də, bu ürəyimdəkilərin hamısı deyildi. İndi isə hamısını ümumiləşdirib deyirəm - Siz möhtəşəm idiniz!
 
- Qarşıda çempionat oyunları və əlbəttə ki, ölkə kubokunun finalı var. Nələr sizi qayğılandırır?
- Məni qayğılandıran əsas məqam zədəli futbolçularla bağlıdı. Dünən komandamızın həkimi bununla bağlı ətraflı raport hazırlayıb. Əsas futbolçularımızdan 5-i hal-hazıda ciddi zədədən əziyyət çəkir. Amma biz irəli baxıb bütün çətinliklərə sinə gərməliyik. Tərəfdarlardan bizə inanmalarını istəyirəm. Artıq futbolçular son oyundakı dəstəkdən sonra çox ayılıblar və anlayırlar ki, belə azarkeşləri üzmək olmaz. Onlar üçün daha artığını etməliyik. Bu gün klub rəhbərliyi də komandaya lazım olan bütün dəstəyi əsirgəmir. Ümid edirəm sonda hər şey bizim hamımızın istədiyi kimi olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.