27 aprel 2013 17:51
Bakı FK: Bizi Lənkəranda Elçin Məmmədov uduzdurdu (VİDEO)
“Bakı”nın klub televiziyası Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirilmiş cavab oyunu ilə bağlı xüsusi videosüjet hazırlayıb. Azerisport.az xəbər verir ki, həmin oyundakı mübahisəli epizodlara diqqət çəkən paytaxt təmsilçisi 0:2 hesabıyla uduzduqları və kubokdan kənar qaldıqları görüşün baş hakimi Elçin Məmmədovun bunda xüsusi pay sahibi olduğunu qabardıb.
