28 aprel 2013 18:14
Neftçaladan minimal hesablı qələbə
Futbol üzrə Azərbaycan Birinci Divizionunda 23-cü turun daha iki oyunu keçirilib. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutub.
“Ağsu” “Qala” ilə ev oyununda 2 cavabsız qolla qələbə qazanıb. “Şuşa” isə “Neftçala”ya uduzub.
Birinci Divizion
23-cü tur
28 aprel
Ağsu – Qala – 2:0
Qollar: Qalib Əmrahov, 30, Ravi Rəhmanov, 90+1-pen.
Şuşa – Neftçala – 0:1
Qol: Ceyhun Cavadov, 3.
