28 aprel 2013 18:20
Qurban Qurbanov: Vacib qələbə qazandıq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 28-ci turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Ağır oyun oldu. Vacib qələbə qazandıq. Komanda sona kimi mübarizə apardı. Rəqib yaxşı oyun göstərdi. Komandada irəliləyiş var”.
