28 aprel 2013 18:32
Luis Araqon: Qol imkanlarından istifadə edə bilmədik
“Qəbələ”nin məşqçisi Luis Araqon Topaz Premyer Liqasının 28-ci turunun “Qarabağ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin çalışdırıcısı 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəqibi qələbə ilə təbrik edirəm. İki fərqli hissə izlədik. İlk hissədə yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. “Qarabağ”ın ikinci qolundan sonra isə futbolçular ruhdan düşdü. Bizim üçün vacib oyun idi, təəssüf ki, qələbə qazana bilmədik”.
