28 aprel 2013 18:57
Georgi Çixradze: Sonluğu gətirə bilmədik
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 28-ci turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Avroliqaya vəsiqə qazanmaq üçün qalib gəlməli idik. Lakin bunu bacarmadıq. İlk hissə gərgin keçdi, sarı vərəqələr oldu, qapımızda qol gördük, penalti vura bilmədik. İkinci hissədə ikinci qolu buraxdıqdan sonra hesab arasındakı fərqi azaltdıq, lakin bizə lazım olan sonluğu gətirə bilmədik. Gələcək oyunlarda daha yaxşı oynayıb 4-cü pillədəki yerimizi qorumalıyıq”.
