28 aprel 2013 19:03
“Bu gün rəqibdən daha yaxşı oynadıq”
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Topaz Premyer Liqasının 28-ci turunun “Simurq” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı ?:? hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bu gün rəqibdən daha yaxşı oynadıq. Kubok oyunundan sonra komandada psixoloji gərginlik var idi. Külək də oyunumuza təsir edirdi. Qalib gəldiyimiz üçün komandaya təşəkkürümü bildirirəm”.
