28 aprel 2013 22:45
“Xəzər Lənkəranla oyun formal xarakter daşıdı”
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 28-ci turunun “Xəzər Lənkəran” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Məqsədimiz qalib gəlmək idi, bunu bacardıq. İkinci altılığın güclü komandasına qarşı oynadıq. Kubokda keçirilən oyundan sonra rəqib psixoloji cəhətdən daha üstün idi. İlk hissədə vurduğumuz qol və rəqib futbolçunun qırmızı vərəqə almasından sonra oyun formal xarakter daşıdı. Oyunçularım verilən tapşırıqları uğurla yerinə yetirdilər. Komandanı təbrik edirəm”.
