28 aprel 2013 22:56
Con Toşak: 0:2 hesabı ilə məğlub olduğumuz üçün bəxtimiz gətirdi
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Topaz Premyer Liqasının 28-ci turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin uelsli çalışdırıcısı 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyuna öz baxışımızdan yanaşsaq, 0:2 hesabı ilə məğlub olduğumuz üçün bəxtimiz gətirdi. Bu, bizim üçün limit idi. Bundan bir neçə gün öncə kubokda çətin oyun keçirdik. Elnur Allahverdiyevin meydandan qovulmasından sonra işimiz bir az da çətinləşdi. Heyətimizdəki 20 yaşlı gənc futbolçu səhər ordu sıralarından birbaşa oyuna gəlib. Lakin rəqibin heyətində Benouahi və Nildo kimi futbolçular ikinci hissədə meydana daxil oldular. Bu oyun, belə demək mümkünsə, “kişilərin yeniyetmələrə qarşı” oyunu oldu”.
