28 aprel 2013 23:09
“Bizim çempionluq yarışında əsas rəqibimiz Qarabağdı”
“Neftçi”nin məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 28-ci turunun “İnter” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Paytaxt derbisində iki güclü komanda qarşılaşdı, çətin oyun oldu. Sevindirici haldır ki, komandamız son 15 gündə keçirdiyi 5 oyunda fiziki gücünün nə qədər yüksək olduğunu göstərdi. Qalib gəldiyimiz üçün şadam. Bizim çempionluq yarışında əsas rəqibimiz “Qarabağ”dır. Yolumuza davam edirik”.
