28 aprel 2013 11:49
“Futbolçulara qışqırmaq Con Toşakın metodunda yoxdu”
Elvar Quliyev artıq bir neçə ildi ki, “Xəzər Lənkəran”da baş məşqçilərin əsas tərcüməçidi. Azerisport.az xəbər verir ki, komandanı kimin çalışdırmasından asılı olmayaraq, portuqal, ispan və ingilis dilini bilməsi onu Lənkəran klubunda əvəzolunmaza çevirib.
Məhz bu üzdən də Quliyev demək olar ki, “Xəzər Lənkəran”ın az qala bütün çalışdırıcıları ilə əməkdaşlıq edib. Son bir ayda isə o, yeni baş məşqçi Con Toşakla çalışır. Azerisport.az saytına müsahibəsində o, həm öz işindən, həm də uelsli mütəxəssisdən danışıb.
- Artıq bir aydan çoxu Toşakla çalışırsız. Necə inşandı?
- İnsan kimi xoşuma gəlir. Qıza müddət ərzində onunla münasibət qura bilmişik. Toşakın çox gözəl yumor hissi var. Amma nə qədər yaxşı münasibət olsa da, işdə heç nəyi bağışlamır. Xüsusilə də gecikən insanları xoşlamır.

- Sizdə də belə bir hal olub?
- Bir dəfə xəstələndiyim üçün oyun günü komandanın səhər məşqinə getməmişdim. O, vəziyyətdən çıxmışdı. Amma bildirdi ki, belə hal baş verəndə, xəbərdarlıq etmək lazımdı.

- Paltardəyişmə otağında futbolçularla nə qədər sərtdi?
- Qətiyyən sərt deyil. Əlbəttə, narazılıqlarını bildirir, lakin fərqli çərçivədə. Futbolçulara qışqırmaq onun metodunda yoxdu. Məsələn, o, komandasının Azərbaycan Kubokunun finalına çıxmasını çox sakit qarşıladı.

- Lənkərandakı həyatı necədi?
- Bakını çox bəyənib. O, hətta paytaxtımızı İstanbulla müqayisə edib. Amma onun sakit məkanda yaşamaq daha çox ürəyincədi. Elə ailəsi də həmçinin. Bura onların xoşuna gəlir.

- Lənkəranda onun üçün necə şərait yaradılıb?
- Ona “Palmalife” otelinin yanında ən gözəl villa ayrılıb. Həmçinin ingilis dilini bilən bir sürücü və qoruyucu ayrılıb. Həmin şəxslər 24 saat baş məşqçinin xidmətindədilər. Lənkəranda heç bir problemi yoxdu.

- Mətbuatda onun sürücüdən imtina etdiyi barədə məlumatlar yayılıb...
- Bu düz deyil. Düzdü, o, velosipedi sürməyi sevir. Amma uzaq məsafələrə gedərkən maşına ehtiyac olur.
- Neçə velosipedi var?
- Klub ona iki velosiped alıb. Biri bazada, digəri evində olur.

- Əgər Toşak məşqə velosipedlə gedirsə, qoruyucusu onu necə qoruyur?
- Velosipeddən istifadə etdiyi günlərdə o həm sürücüdən, həm də qoruyucudan imtina edir. Lənkəranda təhlükəsizlik baxımından uelsli üçün heç bir problem yoxdu. Həm də şəhərdə artıq hamı ona alışıb.
- Bəs onun oğlu nə işlə məşğul olur?
- Aleksis Plaza meydanda işləyən məşqçi deyil. Bu vəzifəni Emin Quliyev yerinə yetirir. Aleksis isə komandanın və rəqiblərin oyunlarını analiz edir. Məşqləri çəkir və baş məşqçiyə informasiya ötürür.