29 aprel 2013 00:44

İnter Neftçini çempionluğa daha da yaxınlaşdırdı

Topaz Premyer Liqasında final mərhələsinin ikinci dövrəsinə start verildi. Azerisport.az xəbər verir ki, 28-ci turun ilk oyun günəndə iki, son gündə isə dörd matç baş tutdu.
 
Şənbə günü ikinci “altılıq” çərçivəsində keçirilən qarşılaşmalar Premyer Liqada qalacaq komandanın taleyi baxımından böyük əhəmiyyət daşıyırdı. 29 xalla 10-cu pillədə qərarlaşan və 11-ci yerdən 2 xal öndə olan “Sumqayıt” “Kəpəz”in qonağı oldu. Gəncə klubu artıq Premyer Liqadan düşdüyü üçün heç bir iddiası qalmamışdı. Sumqayıt təmsilçisi üçün isə bu matç böyük əhəmiyyət kəsb edirdi. Bernard Raabın komandası qələbə qazanacağı halda Premyer Liqada qalmaq baxımından önəmli addım atmış olacaqdı. Lakin “Kəpəz” buna imkan vermədi. Pərvin Paşayevin vurduğu qol oyunda yeganə oldu və aşkar autsayder qələbə qazandı.
 
Günün digər oyununda “Rəvan” “Turan”ı qəbul etdi. Bakı klubu Premyer Liqadakı yerini böyük ölçüdə təmin etmişdi. Tovuz klubu isə hazırda təhlükəli zonadadı. Bu səbəbdən “Turan”ın qələbə qazanmaqdan başqa çarəsi yox idi. Lakin ötən tur AZAL-a yenilən “Rəvan” buna imkan vermədi. Oyunun əvvəlində rəqib qapısına yol tapan Ayaz Mehdiyev “sarı-qırmızılar”a qələbə qazandırdı.
 
Qəbələdə keçirilən matçda eyni adlı komanda “Qarabağ”ı qəbul etdi. Ağdam təmsilçisi bu görüşdən qələbə ilə ayrıldı. Məhz bu qarşılaşmadan sonra “Qəbələ”nin bütün şansları heçə endi. Artıq Qəbələ təmsilçisi növbəti mövsüm haqqında düşünə bilər. Medal şansını itirən bölgə klubu indi ən yaxşı halda dördüncü pilləyə ümid edə bilər. “Qarabağ” isə əksinə çempionluğa iddiasını davam etdirir. Kubokda mübarizəni dayandıran Qurban Qurbanovun komandası indi bütün gücünü Premyer Liqaya yönəldib. Bu qələbədən sonra Ağdam təmsilçisi turnir cədvəlində ikinci pilləni saxlayaraq, lider “Neftçi” ilə xal fərqinin artmasına icazə vermədi.
 
“Bakı” – “Simurq” matçına gəlincə, artıq Zaqatala klubu üçün heç bir medal şansının qalmadığını demək olar. Paytaxt təmsilçisinin isə belə bir iddiası yoxdu. “Bakı” kubokda mübarizəni dayandırandan sonra heç olmasa, mövsümü dördüncü pillədə başa vurmağa çalışacaq. “Simurq”la qarşılaşma bakılıların 4-cü pilləyə qalxmasına biraz da kömək etdi.
 
Lider “Neftçi” “İnter”i qəbul etdi. İlk “üçlük”də yer alan paytaxt klubları çempionluq arzusundadı. “Neftçi” məğlub olacağı halda, liderliyi əldən verə bilərdi. Lakin Böyükağa Hacıyevin yetirmələri buna imkan vermədilər. “İnter” isə məğlub olaraq, çempionluq şansını demək olar ki, itirdi. Nikolas Kanales “bankirlər”in çempionluq arzusunu dəfn etdi və bombardirlik yarışında da əlçatmazlığını bir qədər də möhkəmləndirdi.
 
AZAL – “Xəzər Lənkəran” matçına gəlincə, bu oyunda da meydan sahibləri favorit hesab olunurdu. AZAL ikinci “altılıq”da fırtına kimi əsir. “Xəzər Lənkəran” isə əsas hədəfinə çataraq, kubokun finalına çıxdı. “Bakı” ilə yorucu oyundan sonra Lənkəran təmsilçisi səfər matçında qələbə qazana bilmədi.
 
Topaz Premyer Liqası
28-ci tur
 
Kəpəz – Sumqayıt - 1:0
Qol: Pərvin Paşayev, 69.
Kəpəz: 22. Tural Abbaszadə, 2. Cəmşid Məhərrəmov (14. Elxan Əzizov, 46), 4. Məhərrəm Müslümzadə, 8. Elvin Həsənəliyev (23. Ravil Müslümov, 90), 9. Alan Soltanov, 11. Fərid Quliyev, 15. Şahin Kərimov (k), 20. Emin Əliyev (7. Pərvin Paşayev, 46), 25. Elgiz Kərəmli, 29. Georgi Sepiaşvili, 88. Bujamin Asani .
Ehtiyat oyunçular: 1. Ramil Kərimov, 5. Mətləb Məmmədov, 10. Zaur Əsədov, 27. Vüqar İbrahimov.
Baş məşqçi: Mahmud Qurbanov.
Sumqayıt: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad-Azad (8. Aqşin Muxtaroğlu, 22//17. Emin Cəfərquliyev, 80), 11. Sabir Allahquliyev, 13. Murad Ağayev, 21. Məhəmməd Mirzəbəyov, 77. Mirzəağa Hüseynpur (22. Xəyal Mustafayev, 46), 86. Can Akgün, 91. Ruslan Qurbanov, 95. Murad Doymuş.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 3. Aftandil Hacıyev.
Baş məşqçi: Bernhard Raab.
Sarı vərəqələr: Elgiz Kərəmli, 7 (qeyri-idman hərəkəti). Cəmşid Məhərrəmov. 26 (qeyri-idman hərəkəti). Alan Soltanov, 82 (oyunun bərpasını gecikdirdiyinə görə). Tural Abbaszadə, 83 (oyunun bərpasını gecikdirdiyinə görə). Bujamin Asani. 86 (sistematik qayda pozuntusu). Fərid Quliyev, 90+3 (oyunun bərpasını gecikdirdiyi üçün) – Aqşin Muxatroğlu, 43 (qeyri-idman hərəkəti). Samir Abasov, 54 (bilərəkdən əl ilə oyun). Emin Cəfərquliyev, 90+4 (qeyri-idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Cavanşir Yusifov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Kərim Ağayev.
«Dalğa Arena. 50 tamaşaçı.
 
Rəvan – Turan - 1:0
Qollar: Ayaz Mehdiyev, 6.
Rəvan: 1. Lukaş Sapela, 5. Nikolay Orlovski, 8. Tural Axundov (k), 10. Mindauqas Kalonas, 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov (22. Tofiq Mikayılov, 72), 18. Samuel Barlay, 19. Hüseyn Axundov (4. Nodar Məmmədov, 83), 20. Milas Adamoviç, 25. Ayaz Mehdiyev (11. Əli Əliyev, 90+3).
Ehtiyat oyunçular: 12. Sadiq Ramazanov, 9. Vüsal Qarayev, 15. Tural Cəlilov, 28. Emin Mustafayev.
Baş məşqçi: Ramil Əliyev.
Turan: 1. Kamal Bayramov (k), 2. Dmitri Pospelov, 3. Anatoli Stukalov, 6. Mikayıl Rəhimov, 8. Budaq Nəsirov (4. Vüqar Bəybalayev, 46), 11. Salif Ballo, 13. Nikoloz Maisuradze (9. Murad Ağakişiyev, 85), 20. David Canalidze, 24. Orxan İsmayılov (16. Əbülfət Abbasov, 46), 25. Antonio Rukavina, 26. Aleksandr Krutskeviç.
Ehtiyat oyunçular: 28. Andrey Popoviç, 5. Vasif Rzayev, 21. Elşad Manafov, 23. İrakli Beraya.
Baş məşqçi: Əfqan Talıbov.
Sarı vərəqələr:  Ramazan Abbasov. 38 (hakimə etiraz). Şəhriyar Rəhimov, 86 (qeyri-idman hərəkəti) – Dmitri Pospelov. 18 (qeyri-idman hərəkəti). Mikayıl Rəhimov, 66 (qeyri-idman hərəkəti).
Hakimlər: Namiq Bəkirov, İlham Əliyev, Vaqif Musayev, Fariz Yusifov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Murad Məmmədov.
«Bayıl Arena». 200 tamaşaçı.
 
Qəbələ – Qarabağ - 2:0
Qollar: Reynaldo Silva, 69, 76.
Qəbələ: 30. Anar Nəzirov, 6. Nikola Valentiç, (23. Şəhriyar Xəlilov, dəq.76) 10. Dodo, 15. Omar Kalabane, 21. Elmar Baxşıyev, 22. Lourival Assis, (11. Yannik Kamanan, dəq.70) 27. Rəşad Abdullayev (k), 34. Ürfan Abbasov, 35. Tərzin Cahangirov, 37. Kamal Mirzəyev, (5. Luka Zinko, dəq.61) 39. Sadiq Quliyev.
Ehtiyat oyunçular: 1. Elnar Kərimov, 5. Luka Zinko, 8. Kristian Pulhak, 11. Yannik Kamanan, 23. Şəhriyar Xəlilov, 48. Əziz Hüseynov, 99. Amil Yunanov.
Məşqçi: Luis Araqon.
Qarabağ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 15. Emeka Opara, (11. Branimir Subaşiç, dəq.67) 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 20. Riçard, (7. Namiq Yusifov, dəq.75) 21. Reynaldo, 55. Bədavi Hüseynov, 88. Kristian Torres, (70. Vaqif Cavadov, dəq.63).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 11. Branimir Subaşiç, 44. Eltun Yaqublu, 70. Vaqif Cavadov.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Rəşad Abdullayev, 49 (qeyri-idman hərəkəti)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Qəbələ şəhər stadionu. Saat 16.00.
 
Bakı – Simurq - 2:1
Qollar: Cavid Hüseynov, 9. Rauf Əliyev 77 – Martsin Burhart 81.
Bakı: 1. Kamran Ağayev (k), 3. Denis İvanovs, 7. Devidas Çesnauskis, (28. Ferdi Elmas, dəq.46) 10. Mario Lukas Horvat, 22. Risto Ristoviç, (2. Edemir Rodrigez, dəq.89) 23. Rauf Əliyev, 24. Marius Pena, (77. Aleksandr Soliç, dəq.64) 25. Şəhriyar Əliyev, 27. George Popxadze, 29. Əziz Quliyev, 88. Cavid Hüseynov.
Ehtiyat oyunçular: 82. Edin Nuredinoski, 2. Edemir Rodrigez, 5. Aqil Nəbiyev, 11. Elvin Məmmədov, 28. Ferdi Elmas, 38. Namiq Ələsgərov, 77. Aleksandr Soliç.
Baş məşqçi: Bojidar Bandoviç.
Simurq: 22. David Piterzkeviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 6. Anderson Oliveyra, 7. Ruslan Poladov, (21. Murad Səttarlı, dəq.74) 8. Qərib İbrahimov, (9. Marçin Burxardt, dəq.77) 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev, 15. Stepan Polyak, (12. Tomislav Buşiç, dəq.70) 20. Rəşad Eyyubov, 28. Nenad Kiso.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 9. Martsin Burhard, 12. Tomislav Buşiç, 17. Rüstəm Məmmədov, 19. Nicat Qurbanov, 21. Murad Səttarlı, 27. Bəxtiyar Soltanov.
Baş məşqçi: Georgi Çixradze.
Sarı vərəqələr: George Popxadze, 12 (qeyri-idman hərəkəti); Kamran Ağayev, 28 (qeyri-idman hərəkəti); Rauf Əliyev, 76 (qeyri-idman hərəkəti) // Nenad Kiso, 25 (sistematik qayda pozuntusu); Rəşad Eyyubov, 27 (qeyri-idman hərəkəti); Qərib İbrahimov, 28 (qeyri-idman hərəkəti); Anderson Olivyera, 71 (qeyri-idman hərəkəti)
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Xəlil Hüseynli
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
«Bakı»nın təlim-məşq bazasının stadionu. Saat 16.00.
 
Neftçi – İnter - 2:0
Qollar: Nikolas Kanales, 51, 70-pen.
“Neftçi”: 30. Saşa Stamenkoviç 3. Denis Silva Kruz 5. İqor Mitreski 6. Rəşad Sadiqov (k) 10. Julius Vobay 11. Nikolas Kanales 15. Erik Fabian Ramos 16. Bruno Bertuççi 17. Araz Abdullayev 22. Mahir Şükürov 32. Elvin Yunuszadə
Ehtiyat oyunçular: 12. Emil Balayev 2. Jose Luis Kabion 4. Tərlan Quliyev 14. Bahodir Nasimov 19. Mirhüseyn Seyidov 25. Cavid İmamverdiyev 28. Emin Mehdiyev
Məşqçi: Tərlan Əhmədov
“İnter”: 1. Giorgi Lomaya 7. Ruslan Əmircanov 9. Daniel Genov 11. Asif Məmmədov 15. Vladimir Levin (k) 18. İlia Kandelaki 20. Brüs Abdulaye 25. İbrahima Niasse 28. Baçana Sxadadze 30. Yuri Fomenko 47. Abdulla Abatsiyev
Ehtiyat oyunçular: 96. Elşən Poladov (k) 4. Valeri Abramidze 6. Samir Zərgərov 14. Petar Zlatinov 21. Arif Daşdəmirov 29. İlqar Ələkbərov 91. Leonardo Roşa
Baş məşqçi: Kaxaber Sxadadze
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
«Bakcell Arena». Saat 18.00.
 
AZAL – Xəzər Lənkəran - 2:0
Qollar: Viktor İqbekoi, 24, Cavid Tağıyev, 64
AZAL: 12. Cahangir Həsənzadə (k) 3. Usim Nduka 4. Jose Junior Ailton 15. Oskars Klava 20. Branislav Arsenyeviç 6. Taqim Novruzov 32. Vladimir Boqdanoviç 17. Viktor İqbekoyi 22. Ruslan Tağızadə 99. Orxan Həsənov 37. Andrius Veliçka
Ehtiyat oyunçular: 27. Ruslan Məcidov 23. Tural Nərimanov 77. Saşa Yunisoğlu 28. Con Oluremi 11. Zohair Benouahi 7. Cavid Tağıyev 16. Junior Nildo
Baş məşqçi: Vaqif Sadıqov
“Xəzər Lənkəran”: 30. Toni Doblas 4. Alvaro Silva 5. Elnur Allahverdiyev 10. Elnur Abdullayev 14. Rahid Əmirquliyev (k) 16. Adrian Pit 21. Radomir Todorov 24. Gökhan Güleç 27. Adrian Skarlatake 55. Ağabala Ramazanov 99. Marin Orsuliç
Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı 7. Sadio Tounkara 8. Eder Bonfim 9. Uğur Pamuk 17. Kazım Kazımlı 20. Akif Tağıyev 35. Lusiano Olguin
Baş məşqçi: Con Toşak
Hakimlər:
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Akif Məmmədov.
“AZAL Arena”. Saat 18.00.
 
1 Neftçi 28 18 3 7 55 28 +27 57
2 Qarabağ 28 15 9 4 39 23 +16 54
 3 İnter 28 14 8 6 35 20 +15 50
4 Simurq 28 10 10 8 28 25 +3 40
5 Bakı 28 8 14 6 30 21 +9 38
6 Qəbələ 28 9 7 12 30 36 –6 34
 
1 AZAL 28 12 9 7 45 29 +16 45
2 Rəvan 28 11 4 13 39 41 –2 37
 3 XL 28 8 10 10 37 34 +3 34
4 Sumqayıt 28 7 8 13 25 45 –20 29
5 Turan 28 7 6 15 29 50 –21 27
6 Kəpəz 28 3 4 21 15 55 –40 13
 
Bombardirlər:
24 - Nikolas Kanales (Neftçi)
16 - Franko Nildo (AZAL)
13 - Xuan Manuel Varea (Rəvan)
12 - Riçard Almeyda (Qarabağ)
10 - Salif Ballo (Turan)
9 - Pərdis Fərcad Azad (Sumqayıt)
8 - Yuri Fomenko (İnter)
7 - Zohair Benouahi (AZAL), Baçana Sxadadze (İnter).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.