29 aprel 2013 00:55

Atletico artıq Bakıdadı

İspaniyanın “Atletico” klubu artıq Bakıdadı. Azerisport.az xəbər verir ki, Madrid təmsilçisi La Liqanın son turunda “Real”a qaşrı keçirilən derbi matçından dərhal sonra Azərbaycana səfərə çıxıb.
 
Ötən gecə madridlilər Bakıya çatıblar. "Bakı' futbol klubunun dəvəti ilə 3 gün ərzində Odlar Yurdunun qonağı olacaq “Atletico”nu gətirən və üzərində “Land of Azerbaijan” yazısı həkk olunan təyyarəni aeroportun önünə toplaşmış minlərlə insan qarşılayıb. Ulduz komandanın üzvləri hava limanından məskunlaşdığı Marriot otelinə yollanıb.
 
29 aprel tarixinin səhərini şəhər gəzintisinə ayıran ispan qonaqlar nahardan sonra "Bakı"nın təlim-məşq bazasında planlaşdırılan avtoqraf parti və fotosessiyaya qatılacaqlar. Eyni məkanda mətbuat konfransı təşkil olunacaq. Media nümayəndələri önünə baş məşqçi Dieqo Simeone, Arda Turan və Radamel Falkao çıxacaqlar.
 
İspaniyanın və dünyanın ən tanınmış klubları sırasında yer alan "Atletico” aprelin 30-da isə "Bakı"nın ulduzlar komandası ilə yoldaşlıq oyunu keçirəcək. Futbol bayramı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 19:00-dan start götürəcək konsert proqramı ilə başlayacaq. Zülfiyyə Xanbabayeva, Ədalət Şükürov, Brilliant Dadaşova futbol azarkeşlərinin önünə çıxacaqlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.