28 aprel 2013 15:14
Simurq Bakı ilə oyuna hazırdı (FOTOREPORTAJ)
Topaz Premyer Liqasının 28-ci turunda "Bakı"nın qonağı olacaq “Simurq” qarşılaşmanın oynanılacağı stadionda məşqə çıxıb. Azerisport.az xəbər verir ki, bununla hazırlığı başa vuran "Simurq" istirahətə çəkilərək matçın başlama vaxtını gözləməyə başlayıb.
Qeyd edək ki, "Bakı" - "Simurq" qarşılaşması saat 16:00-da start götürəcək. Komanda bu görüşə ciddi itkilərlə çıxacaq. Qırmızı vərəqə cəzalısı Mario Bojiç və sarı vərəqə limitin dolduran Dilaver Zrnanoviç paytaxt təmsilçisi ilə oyunda forma geyinə bilməyəcək.
